SİYASƏT
Riçard Çarnetski: Azərbaycanda keçiriləcək referendumun nəticələrinə hörmətlə yanaşacağıq
Bakı, 9 sentyabr, Əsəd Məmmədov, AZƏRTAC
Azərbaycana budəfəki səfərim çox əlamətdar bir hadisəyə - referendum ərəfəsinə təsadüf edir. Səfər çərçivəsində Azərbaycanda keçiriləcək referendumla bağlı kifayət qədər məlumat əldə etdik. Avropa Parlamenti olaraq biz referendumun nəticələrinə hörmətlə yanaşacağıq. Azərbaycan xalqının seçimi bizim üçün çox vacibdir.
Bu fikirləri Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Riçard Çarnetski bu səfərin nümayəndə heyətinin digər üzvləri üçün də səmərəli olduğunu bildirərək deyib: “Bu səfər mənim İtaliyadan və Polşadan olan həmkarlarım üçün də çox önəmli oldu. Bu, onların Azərbaycan ilə ilk tanışlığı idi. Səfər onların Azərbaycanın tarixi, mədəniyyəti ilə, ölkədəki mövcud vəziyyətlə bağlı məlumatlar əldə etmələri baxımından çox əhəmiyyətli oldu”, - deyə o, əlavə edib.
Vitse-prezident vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq iqtisadi sahə ilə yanaşı, digər sahələrdə də genişləndirilməlidir.