SİYASƏT
Riçard Hoqland: həmsədrlər fəaliyyətlərini yüksək səviyyəli görüşün reallaşdırılmasına cəmləşdiriblər
Bakı, 11 mart, AZƏRTAC
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland martın 11-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır. O deyib ki, həmsədrlər hazırda fəaliyyətlərini yüksək səviyyəli görüşün reallaşdırılmasına cəmləşdiriblər. R.Hoqland vurğulayıb ki, hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını hesab edir.