DÜNYA


Rihanna və Enn Heteuey "Ouşenin 8 rəfiqəsi" filmində çəkiləcək

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Rejissor Qari Ross ecazkar soyğunçular haqqında olan “Ouşenin 11 dostu” avantürist komediyasının yeni versiyasının üzərində işləyir.

AZƏRTAC variety.com saytına istinadla xəbər verir ki, bu dəfə soyğunçular qismində qadınlar çıxış edəcək.

Artıq Sandra Ballok, Keyt Blanşett, Helena Bonem Karter, Nora Lam və Mindi Kalinq kimi aktrisalar filmdə çəkilməyə razılıq veriblər. Müğənni Rianna və Enn Heteueyin də yeni layihədə iştirak edəcəkləri təsdiqlənib.

Qeyd edək ki, 2001-ci ildə ekranlara çıxmış və Bred Pitt, Corc Kluni, Mett Deymon kimi aktyorların çəkildiyi "Ouşenin 11 dostu" filminin daha iki seriyası çəkilmişdi. Filmin yaradıcılarından olan Stiven Sodeberqlə yaxın dostluq münasibətlərində olan Ross 8 soyğunçu rəfiqə haqqında film çəkilişlərinə razılıq ala bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.