DÜNYA
Riki Martin Soçidə çıxış edəcək
Bakı, 11 avqust, AZƏRTAC
Gənc müğənnilərin "Yeni dalğa 2016" pop-musiqi yarışmasının 15-ci yubiley müsabiqəsində məşhur musiqiçi və aktyor Riki Martin də çıxış edəcək.
Riki Martin Soçidə keçiriləcək ənənəvi mahnı müsabiqəsində səhnəni Sofiya Rotaru və Filip Kirkorovla bölüşəcək.
Qeyd edək ki, bu R.Martinin “Yeni dalğa” musiqi festivalında artıq ikinci çıxışı olacaq. İlk dəfə 2014-cü ildə rusiyalı pərəstişkarları önündə mahnılar ifa edən Martinin festivala daha da rəng qatacağı gözlənilir.
“Yeni dalğa” musiqi festivalının açılışı ilə bağlı qala-konsert sentyabrın 3-də keçiriləcək. Sentyabrın 9-dək davam edəcək festivalda 12 ölkəni təmsil edəcək 16 finalçı, həmçinin Rusiya estradasının ulduzları - Filip Kirkorov, Sofiya Rotaru, İqor Krutoy, Sergey Lazarev, Ani Lorak, İosif Kabzon, Valeri Meladze və digərləri çıxış edəcək.
“Uşaqların yeni dalğası” isə avqustun 11-dən 13-nə kimi “Artek”də keçiriləcək.