İDMAN


“Rio-2016”: ABŞ medal sıralamasında birinci olub

A+ A

Bakı, 22 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 87 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində bir qızıl, yeddi gümüş və on bürünc medal olan yığma komandamız bu göstərici ilə 39-cu sırada qərarlaşıb.

Olimpiadada hesabında 46 qızıl, 37 gümüş və 38 bürünc medal olan ABŞ birinci olub. Böyük Britaniya 27 qızıl, 23 gümüş, 17 bürünc medalla ikinci, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc medalla üçüncü pillədə yer alıb.

İlk onluğu Rusiya (19-18-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.