İDMAN


“Rio-2016”: ABŞ medal sıralamasında liderliyini davam etdirir

A+ A

Bakı, 15 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında doqquz günlük gərgin idman mübarizəsindən sonra 68 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində iki gümüş medal olan yığma komandamız bu göstərici ilə 49-cu sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) Azərbaycana gümüş medal qazandırıblar. Azərbaycandan başqa, hesabında iki gümüş medal olan əlavə bir ölkə var – İndoneziya.

Hazırda Olimpiadaya hesabında 26 qızıl, 21 gümüş və 22 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 15 qızıl, 16 gümüş, 7 bürünc medalla ikinci, Çin 15 qızıl, 13 gümüş və 17 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Rusiya (9-11-10), Almaniya (8-5-4), Fransa (7-8-7), İtaliya (7-8-6), Yaponiya (7-4-16), Avstraliya (6-7-9) və Koreya Respublikası (6-3-5) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.