İDMAN


“Rio-2016”: ABŞ medal sıralamasında liderliyini davam etdirir

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on bir günlük gərgin idman mübarizəsindən sonra 76 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində iki gümüş və beş bürünc medal olan yığma komandamız bu göstərici ilə 54-cü sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) Azərbaycana gümüş medal qazandırıblar. “Rio-2016”da boksçularımız Kamran Şahsuvarlı (75 kq) və Lorenzo Sotomayor (64 kq) yarımfinala vəsiqə qazanaraq ən az yarışın bürünc medalını təmin ediblər. Yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti (130 kq) və Rəsul Çunayev (66 kq) bürünc medala sahib olublar. İnna Osipenko-Radomskaya isə bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə üçüncü olub.

Hazırda Olimpiadaya hesabında 28 qızıl, 28 gümüş və 28 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 19 qızıl, 19 gümüş, 12 bürünc medalla ikinci, Çin 17 qızıl, 15 gümüş və 19 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Rusiya (12-12-14), Almaniya (11-8-7), İtaliya (8-9-6), Niderland (8-3-3), Fransa (7-11-11), Avstraliya (7-8-9) və Yaponiya (7-4-18) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.