İDMAN


“Rio-2016”: ABŞ medal sıralamasında liderliyini davam etdirir

A+ A

Bakı, 19 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on üç günlük gərgin idman mübarizəsindən sonra 82 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində dörd gümüş və altı bürünc medal olan yığma komandamız bu göstərici ilə 56-cı sırada qərarlaşıb. Cüdo yarışlarında Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq), qadın güləşində Mariya Stadnik (48 kq), birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə Valentin Demyanenko Azərbaycana gümüş medal qazandırıblar. Yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti (130 kq) və Rəsul Çunayev (66 kq), qadın güləşində Nataliya Sinişin (53 kq) bürünc medala sahib olublar. İnna Osipenko-Radomskaya isə bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə üçüncü olub. Taekvondoçumuz Patimat Abakarova (49 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb. “Rio-2016”da boksçumuz Kamran Şahsuvarlı (75 kq) üçüncü olsa da, Lorenzo Sotomayor (64 kq) isə ən az yarışın bürünc medalını təmin edib.

Hazırda Olimpiadaya hesabında 35 qızıl, 33 gümüş və 32 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 22 qızıl, 21 gümüş, 13 bürünc medalla ikinci, Çin 20 qızıl, 16 gümüş və 22 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Almaniya (13-8-11), Rusiya (12-15-17), Yaponiya (12-6-18), Fransa (8-12-14), İtaliya (8-10-6), Niderland (8-4-4) və Avstraliya (7-10-10) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.