İDMAN


“Rio-2016”: ABŞ medal sıralamasında liderliyini qoruyur

A+ A

Bakı, 21 avqust, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on beş günlük gərgin idman mübarizəsindən sonra 87 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində bir qızıl, dörd gümüş və on bürünc medal olan yığma komandamız bu göstərici ilə 39-cu sırada qərarlaşıb.

Hazırda Olimpiadaya hesabında 43 qızıl, 37 gümüş və 36 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 27 qızıl, 22 gümüş, 17 bürünc medalla ikinci, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Rusiya (17-17-19), Almaniya (17-10-14), Yaponiya (12-8-21), Fransa (9-17-14), Cənubi Koreya (9-3-9), Avstraliya (8-11-10) və İtaliya (8-11-7) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.