İDMAN


“Rio-2016”: ABŞ medalların sayına görə liderliyini qoruyur

A+ A

Bakı, 11 avqust, AZƏRTAC 

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında beşinci günündə - avqustun 10-da 20 dəst medalın sahibləri məlum olub.

AZƏRTAC xəbər verir ki, beşgünlük idman mübarizəsindən sonra mükafat qazanan ölkələrin sayı 51-ə çatıb.

Olimpiadanın üçüncü günündə cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Azərbaycana gümüş medal qazandırıb. Hələ ki, hesabında b ilə yanaşı, altı ölkə - Danimarka, Malayziya, Monqolustan, Filippin, Slovakiya və Türkiyənin də aktivində bir gümüş medal var.

Olimpiada medal qazanan ölkələrin siyahısına ABŞ başçılıq edir. Birləşmiş Ştatların idmançıları 11 qızıl, 11 gümüş və 10 bürünc medala sahib olublar. Çin 10 qızıl, 5 gümüş, 8 bürünc medalla ikinci, Yaponiya isə 6 qızıl, 1 gümüş və 11 bürünc medalla üçüncüdür.

İlk onluğu Avstraliya (5-2-5), Macarıstan (5-1-1), Rusiya (4-7-4), Koreya Respublikası (4-2-3), İtaliya (3-6-2), Böyük Britaniya (3-3-6), Fransa (2-3-1) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.