İDMAN


“Rio-2016”: ABŞ medalların sayına görə liderliyini qoruyur

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on günlük gərgin idman mübarizəsindən sonra 72 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində iki gümüş və bir bürünc medal olan yığma komandamız bu göstərici ilə 51-ci sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) Azərbaycana gümüş medal qazandırıblar. “Rio-2016”nın onuncu günündə boksçumuz Kamran Şahsuvarlı yarımfinala vəsiqə qazanaraq ən az yarışın bürünc medalını təmin edib. Həmçinin yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti bürünc medala sahib olub.

Hazırda Olimpiadaya hesabında 26 qızıl, 23 gümüş və 26 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 16 qızıl, 17 gümüş, 8 bürünc medalla ikinci, Çin 15 qızıl, 14 gümüş və 17 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Rusiya (11-12-13), İtaliya (8-9-6), Almaniya (8-6-6), Fransa (7-9-8), Yaponiya (7-4-16), Avstraliya (6-7-9) və Koreya Respublikası (6-3-5) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.