İDMAN


“Rio-2016”: ABŞ medalların sayına görə liderliyini qoruyur

A+ A

Bakı, 18 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on iki günlük gərgin idman mübarizəsindən sonra 80 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində üç gümüş və altı bürünc medal olan yığma komandamız bu göstərici ilə 55-ci sırada qərarlaşıb. Cüdo yarışlarında Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq), qadın güləşində Mariya Stadnik (48 kq) Azərbaycana gümüş medal qazandırıblar. Yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti (130 kq) və Rəsul Çunayev (66 kq) bürünc medala sahib olublar. İnna Osipenko-Radomskaya isə bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə üçüncü olub. Taekvondoçumuz Patimat Abakarova (49 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb. “Rio-2016”da boksçularımız Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlı (75 kq) yarımfinala vəsiqə qazanaraq ən az yarışın bürünc medalını təmin ediblər.

Hazırda Olimpiadaya hesabında 30 qızıl, 32 gümüş və 31 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 19 qızıl, 19 gümüş, 12 bürünc medalla ikinci, Çin 19 qızıl, 15 gümüş və 20 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Rusiya (12-14-15), Almaniya (12-8-9), Yaponiya (10-5-18), Fransa (8-11-12), İtaliya (8-9-6), Niderland (8-4-3) və Avstraliya (7-8-9) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.