İDMAN


“Rio-2016”: Azərbaycan atıcısı finala yüksəlib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında çıxış edən Yelena Taranova finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 19 atıcının iştirak etdiyi təsnifat mərhələsində idmançımız 370 xal toplayaraq ümumi sıralamada 5-ci olub və növbəti mərhələyə adlayıb.

Final mərhələsində idmançımızın rəqibləri İran, Türkiyə, Makedoniya, Macarıstan və Ukrayna atıcıları olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.