İDMAN


“Rio-2016”: Azərbaycan atleti Yelena Çebanu yarımfinala yüksəlib

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının dördüncü günüdə Azərbaycan atleti Yelena Çebanu 200 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınayıb.

AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində atletimiz almaniyalı Katrin Muller-Rottqard, Braziliya təmsilçisi Alisiya de Oliviera Korrea və Papua Yeni Qvineydan olan Joylin Ceffereyə qarşı yarışıb. Məsafəni 24,16 saniyəyə qət edən idmançımız qrupda birinci yeri tutaraq yarımfinala yüksəlib.

Yarımfinal yarışları sentyabrın 12-də keçiriləcək.

Xatırladaq ki, Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.