İDMAN


“Rio-2016”: Azərbaycan avarçəkəni İnna Osipenko-Radomskaya finalda [YENİLƏNİB] VİDEO

A+ A

Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya yarımfinalda da uğurla çıxış edib.

Sloveniyalı Spela Ponomarenko Yaniç, Böyük Britaniya təmsilçisi Raçel Kavtorn, Bridcit Hartley (Cənubi Afrika Respublikası), kanadalı Emile Fournel, portuqaliyalı Tereza Portela və almaniyalı Fransiska Veberə qarşı yarışan kayakçımız məsafəni 1 dəqiqə 57,627 saniyəyə qət edərək finala yüksəlib.

Final yürüşü avqustun 18-də keçiriləcək.

17:28

Bakı, 17 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya seçmə yürüşündə uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, idmançımızın seçmə yürüşdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.

Məsafəni 1 dəqiqə 51.750 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.