İDMAN


“Rio-2016”: Azərbaycan boksçusu Abdulqadir Abdullayev ilk görüşündə qələbə qazanıb

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan boksçusu, dünya çempionatının bürünc medalçısı, birinci Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayev (91 kq) mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, boksçumuz rinqdəki ilk döyüşündə Fransa idmançısı Paul Omba Bionqolo ilə qarşılaşıb. Fransalı rəqibini texniki nakautla məğlub edən Abdulqadir Abdullayev dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Avqustun 10-da növbəti döyüşünə çixacaq idmançımızın rəqibi özbəkistanlı Rustam Tulaganov olacaq.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kiloqramda çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.