İDMAN


“Rio-2016”: Azərbaycan boksçusu Lorenzo Sotomayor finala yüksəlib VİDEO

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-da “Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarında həlledici döyüşlər davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşü üçün rinqə çıxıb. Altmış dörd kiloqram çəkidə mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. “Bakı-2015” birinci Avropa Oyunlarının qalibi rəqibini hər üç raundda məğlub edib. Bununla da, təcrübəli boksçumuz Azərbaycan boks tarixində yeni səhifə açıb. Çünki hələ Olimpiya Oyunlarında indiyədək idmanın boks növündə Azərbaycanın heç bir idmançısı finala çıxmayıb. Avqustun 21-də finala çıxacaq idmançımızın rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.

Boks yığmamızın hesabında isə hələlik bir bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.