İDMAN


“Rio-2016”: Azərbaycan boksçusu Teymur Məmmədov dörddəbir final mərhələsinə yüksəlib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan boksçusu, birinci Avropa Oyunlarının qalibi, London Olimpiadasının mükafatçısı, Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədovun “Rio-2016”da keçirdiyi ikinci görüşü idmançımızın qələbəsi ilə yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz səkkizdəbir final mərhələsində hollandiyalı Peter Müllenberqlə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Teymur Məmmədov dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Teymur Məmmədov Rio Olimpiadasına lisenziyanı Bakıda keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində təmin etmişdi.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə yarışan Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (56 kq), Abdulqadir Abdullayev (91 kq) və Pərviz Bağırov mübarizəni dayandırıb. Olimpiadada keçirdikləri ilk görüşlərində qələbə qazanan Kamran Şahsuvarlı (75 kq), Albert Səlimov (60 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Lorenso Sotomayor (64 kq) isə çıxışlarını davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.