İDMAN


“Rio-2016”: Azərbaycan gimnastı Marina Durunda doqquzuncu yerlə kifayətlənib [YENİLƏNİB]

A+ A

Azərbaycan gimnastı Marina Durunda “Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarının final mərhələsində dörd hərəkətin yekununda hakimlərdən 69.748 xal alaraq doqquzuncu yerlə kifayətlənməli olub. 

 

Bakı, 20 avqust, AZƏRTAC

22:28

“Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarının final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastı, Avropa Oyunlarının gümüş medalçısı Marina Durunda Olimpiadada fərdi çoxnövçülük üzrə final yarışlarında medallar uğrunda mübarizə aparır. Onun rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina və Melitina Staniouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqarıstanlı Nevyana Vladinovadır.

Qaliblər top, gürz, lent və həlqələrlə hərəkətlərin yekununa əsasən müəyyənləşəcək.

Xatırladaq ki, Marina Durunda çoxnövçülük yarışının təsnifat mərhələsində 26 idmançı arasında ilk səkkizliyə düşərək finalda iştirak etmək hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.