İDMAN


“Rio-2016”: Azərbaycan medal sıralamasında 39-cu olub

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on altı günlük gərgin idman mübarizəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, aktivində bir qızıl, yeddi gümüş və on bürünc medal olan yığma komandamız ümumilikdə 18 medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.

Hesabında 46 qızıl, 37 gümüş və 38 bürünc olmaqla ümumilikdə 121 medal olan ABŞ Olimpiadanı birinci pillədə tamamlayıb. Böyük Britaniya 27 qızıl, 23 gümüş, 17 bürünc medalla (ümumilikdə 67) ikinci, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc (ümumilikdə 70) medalla üçüncü olub.

İlk onluğu Rusiya (19-19-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.