İDMAN


“Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində məsafəni 1:01,58 dəqiqəyə qət edən Roman Saley bütün rəqiblərini qabaqlayaraq birinci olub və finala yüksəlib.

Digər üzgüçümüz Dmitri Saley də həlledici mərhələyə vəsiqə qazanıb. Təsnifat mərhələsində məsafəni 1:02,63 dəqiqəyə qət edən üzgüçümüz dördüncü olub.

Qeyd edək ki, təsnifat mərhələsində ilk səkkiz yerdə qərarlaşan üzgüçülər finala yüksəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.