İDMAN


“Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Azərbaycan idmançıları da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsinin ilk qrupunda mübarizə aparan Dmitri Saley məsafəni 0,81 saniyəyə qət edərək birinci olub və finala yüksəlib. Digər üzgüçümüz Roman Saley isə üçüncü qrupda yarışıb. Məsafəni 0,73 saniyəyə qət edən üzgüçümüz ikinci olub və həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, təsnifat mərhələsində ilk səkkiz yerdə qərarlaşan üzgüçülər finala yüksəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.