İDMAN


“Rio-2016”: Azərbaycanın paralimpiya millisi medal sıralamasında mövqeyini qoruyub

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının yeddinci günündə - sentyabrın 14-də daha bir gümüş medal qazanan Azərbaycan yığması 78 ölkə arasında 38-ci pillədəki mövqeyini qoruyub.

AZƏRTAC xəbər verir ki, komandamızın aktivində bir qızıl, altı gümüş və iki bürünc mükafat var.

Paralimpiadada 78 komandanın medal qazandığı siyahıda Çin liderliyini qoruyur. Çinlilər 75 qızıl, 58 gümüş və 39 bürünc medal qazanıblar. İkinci yerdə qərarlaşan Böyük Britaniya millisi 95 medala (43-24-28) sahib olub. İlk üçlüyü Ukrayna paralimpiyaçıları (31-23-27) tamamlayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.