İDMAN
“Rio-2016”: Bürünc mükafatçılara dopinq araşdırması başlanıb
Bakı, 19 avqust, AZƏRTAC
“Rio-2016” Yay Olimpiya Oyunlarında dopinq qalmaqalı yaşanıb.
AZƏRTAC xəbər verir ki, ağırlıqqaldırma üzrə Qırğızıstan yığmasının üzvü İzzat Artikovun qanında qadağan olunmuş maddə aşkarlanıb.
İ.Artikov 69 kiloqram çəki dərəcəsində bürünc medal qazansa da, dopinq testi onun üçün müsbət nəticə verməyib. Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) 22 yaşlı idmançının yarışlardan kənarlaşdırıldığını bəyan edib. Ancaq medalın onun əlindən alınıb-alınmaması ilə bağlı açıqlama verilməyib.
Həmçinin Moldova yığmasının kanoeçisi Sergey Tarnovski də eyni problemlə üzləşib. Min metr məsafəyə yürüşdə bürünc medal qazanan 19 yaşlı Tarnovskinin qanında dopinq aşkarlanıb. Beynəlxalq Kanoe Federasiyası məsələ ilə bağlı araşdırmanı davam etdirir.
“Rio-2016”da həm Moldova, həm də Qırğızıstan hələlik cəmi bir bürünc medal əldə ediblər ki, onlar da əllərindən alına bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]