İDMAN


“Rio-2016”: Çin medal sıralamasında ilk pillədə qərarlaşıb

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının ilk günündə 38 ölkədən idmançılar fərqləniblər.

AZƏRTAC xəbər verir ki, aktivində bir gümüş medal olan yığma komandamız bu göstərici ilə 27-32-ci pilləni bölüşür. Yarışın birinci günündə cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində çıxış edən Bayram Mustafayev Azərbaycana gümüş medal qazandırıb.

Hesabında 7 qızıl, 9 gümüş və 4 bürünc medal olan Çin cədvələ liderlik edir. Beş qızıl, 3 gümüş və 3 bürünc medalla Böyük Britaniya ikinci, 3 qızıl, 2 gümüş və 3 gümüş medalla Özbəkistan üçüncü pillədə qərarlaşıb.

İlk beşliyi ABŞ (2-4-2) və Braziliya (2-1-1) tamamlayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.