İDMAN


“Rio-2016”: Çin medal sıralamasında liderliyini davam etdirir

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında altı günlük gərgin idman mübarizəsindən sonra 78 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində 1 qızıl, 5 gümüş və 2 bürünc medal olan yığma komandamız bu göstərici ilə 38-ci sırada qərarlaşıb. Cüdo yarışlarında Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş, Rövşən Səfərov (81 kq) bürünc medala sahib olublar. Yelena Çebanu 100 metr məsafəyə qaçış, uzunluğa tullanma yarışlarında gümüş, 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb. Kamil Əliyev uzunluğa tullanma, Dmitri Saley isə brass üsulu ilə üzgüçülük yarışlarında Paralimpiadanı ikinci pillədə başa vurublar.

Hazırda Paralimpiadaya hesabında 63 qızıl, 51 gümüş və 33 bürünc medal olan Çin liderlik edir. Böyük Britaniya 34 qızıl, 18 gümüş, 23 bürünc medalla ikinci, Ukrayna 27 qızıl, 21 gümüş və 24 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu ABŞ (21-21-19), Braziliya (10-21-12), Avstraliya (8-17-15), Yeni Zelandiya (8-5-3), Niderland (7-11-12), Nigeriya (7-2-1) və Almaniya (6-10-7) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.