İDMAN
“Rio-2016”: Dünya çempionu Elvin Məmişzadə dörddəbir final mərhələsinə yüksəlib [YENİLƏNİB]
E.Məmişzadənin dörddəbir final mərhələsindəki rəqibi məlum olub. Boksçumuz növbəti mərhələdə Asiya çempionu, özbəkistanlı Şakhobidin Zoirov ilə qarşılaşacaq.
Döyüş avqustun 17-də saat 22:30-da keçiriləcək.
Özbəkistanlı boksçu bundan əvvəlki mərhələdə birinci Avropa Oyunlarının gümüş mükafatçısı, irlandiyalı Brendan İrvini məğlub edib.
18:49
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 15-də “Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Elvin Məmişzadə (52 kq) birinci görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, səkkizdəbir final mərhələsində qazaxıstanlı Oljas Sattıbayevlə qarşılaşan dünya çempionu, birinci Avropa Oyunlarını qalibi, qitə çempionatlarının mükafatçısı Elvin Məmişzadə rəqibini hər üç raundda məğlub edərək növbəti mərhələyə yüksəlib.
Təcrübəli idmançımız qazaxıstanlı rəqibinə 2012-ci ildə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində də qalib gələrək yarışda birinci yeri tutmuşdu. Boksçumuz Rio Olimpiadasına vəsiqəni ötən il Qətərdə keçirilən dünya çempionatında qazanmışdı.