İDMAN


“Rio-2016”: Güləşçilərimiz Rövşən Bayramovun və Elvin Mürsəliyevin ilk rəqibləri müəyyənləşib

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 14-də “Rio-2016” Yay Olimpiya Oyunlarında güləş yarışlarına start veriləcək.

Döşək üzərinə çıxacaq yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının iki üzvünün rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq. R.Bayramov bu rəqibini keçdiyi təqdirdə dörddəbir finalda Mahadi El Messaudi (Mərakeş)-Xese David Tielke (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş saat 17:15-də başlayacaq.

Yarışlarda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyevin isə 1/16 final mərhələsində rəqibi misirli Mahmud Fevzi Rəşad Sebye olacaq. Güləşçimizin birinci görüşü saat 17:05-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.