İDMAN


“Rio-2016”: Kişilərin stolüstü tennis yarışlarında çinli idmançı Olimpiya çempionu olub

A+ A

Bakı, 12 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, kişilər arasında stolüstü tennis yarışlarında Olimpiya çempionu müəyyənləşib.

Final görüşündə çinli Ma Lun həmvətəni Çjan Tsike ilə qarşılaşıb. Görüş Ma Lunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bürünc medal isə Yaponiya təmsilçisi Dzyun Midzutaniyə qismət olub. Üçüncü yer uğrunda görüşdə yaponiyalı tennisçi belaruslu Vladimir Samsonovdan üstün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.