İDMAN


“Rio-2016” Olimpiya Oyunlarının ikinci günündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq

A+ A

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ikinci günündə 4 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, turnirdə əvvəlcə cüdoçumuz Nicat Şıxəlizadə (66 kq) yarışacaq. Təmsilçimiz 1/16 final mərhələsində ispaniyalı cüdoçu Suqoy Uriarte ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:40-də başlayacaq.

Velosipedçimiz Yelena Pavluxina Bakı vaxtı ilə saat 19:15-da start götürəcək yarışda velosipedin şose növündə qüvvəsini sınayacaq. “Fort Copacabana”da təşkil olunacaq 136,9 kilometr məsafəyə yarışda 68 velosipedçi medallar uğrunda mübarizə aparacaq.

Bu gün avarçəkənlərimiz də mübarizəyə qoşulacaqlar. Kanoe-slalomçusu Yure Meqliç iki yüz metr məsafəyə bir nəfərlik kayak qayığı ilə seçmə yürüşdə yarışacaq. Ümumilikdə 21 idmançıdan ən yüksək nəticələr göstərəcək 15-i yarımfinala vəsiqə qazanacaq. Yure Meqliç Olimpiada tarixində kanoe-slalom idman növündə Azərbaycanın ilk təmsilçisi olacaq. Yürüş Bakı vaxtı ilə saat 20:42-da başlayacaq.

Milli komandamız günü boksçu Teymur Məmmədovun (81 kq) çıxışı ilə başa vuracaq. “Riocentro-Pavilion-6”da keçiriləcək yarışda boksçumuzun ilk rəqibi Ukrayna idmançısı Denis Solonenko olacaq. 2012-cil London Olimpiadasının bürünc və Avropa Oyunlarının qızıl medalçısı olan T.Məmmədov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq. Görüş gecə saat 02:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.