İDMAN


“Rio-2016”: Qadın güləşçilərimiz komanda hesabında dördüncü olublar

A+ A

Bakı, 19 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Yarışların 4-cü və 5-ci günündə qadın güləşçilər arasında qaliblər müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məluçata görə, üç güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 1 gümüş və 1 bürünc medalla başa vurub. Mariya Stadnik (48 kq) gümüş, Nataliya Sinişin (53 kq) bürünc medal qazanıb. Yuliya Ratkeviç (58 kq) isə Olimpiadanı beşinci sırada tamamlayıb.

Medal sıralamasına görə, Azərbaycan yığması 6-cı sırada qərarlaşıb. İlk sıranı 4 qızıl və 1 gümüş medalla Yaponiya tutub.

Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə qadın güləşi yığmamız dördüncü yeri tutub. Komanda hesabında 23 xal toplayan yığmamız, Yaponiya (49 xal), Rusiya (32 xal) və Qazaxstandan (31 xal) geri qalıb.

Bu nəticə ilə qadın güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 5-ə çatdırıb. Bunlardan 2-si gümüş, 3-ü bürünc əyarlıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.