İDMAN


“Rio-2016”: Sərbəst güləşçimiz Xetaq Qazyumov Olimpiya Oyunlarında gümüş medala sahib çıxıb [YENİLƏNİB] VİDEO

A+ A

Sərbəst güləşçimiz Xetaq Qazyumov həlledici qarşılaşmada ABŞ idmançısı Kayl Frederik Snayderlə üz-üzə gəlib və rəqibinə məğlub olaraq Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

AZƏRTAC-ın arayışı: Azərbaycan yığmasının üzvü Xetaq Qazyumov (97 kq) 1983-cü il aprelin 24-də anadan olub. Otuz üç yaşlı idmançı son iki Olimpiadanın bürünc (Pekin-2008 və London-2012), dünya və Avropa çempionatlarının, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarının qızıl mükafatçısı olub.

Qeyd edək ki, millimizin Rioda çıxışını başa vurmuş digər güləşçiləri Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.

18:12

XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlməklə ən azı gümüş medalı təmin edən güləşçimiz Xetaq Qazyumov həlledici qarşılaşmada ABŞ idmançısı Kayl Frederik Snayder ilə üz-üzə gələcək.

Final qarşılaşması Bakı vaxtı ilə təxminən saat 22:15-də başlayacaq.

17:40

Xetaq Qazyumov dörddəbir finalda özbəkistanlı Maqomed İbrahimovu 10:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

16:51

Xetaq Qazyumov (97 kq) səkkizdəbir finalda İran təmsilçisi Reza Məhəmməd Əli Yəzdani ilə qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılaraq adını dörddəbir finala yazdırıb.

15:59

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycan yığmasının üzvü - 97 kiloqram çəki dərəcəsində Xetaq Qazyumov medal uğrunda mübarizəyə qoşulub.

X.Qazyumov onaltıdabir final mərhələsində Polşa təmsilçisi Radoslav Baranla qarşılaşıb. Görüş təmsilçimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.