İDMAN


“Rio-2016”: Teymur Məmmədov növbəti mərhələdə [YENİLƏNİB]

A+ A

Mübarizəyə fəal başlayan Teymur Məmmədov ukraynalı rəqibi Denis Solonenkonu 2-1 məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

01:37

Bakı, 8 avqust, AZƏRTAC

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilir.

AZƏRTAC xəbər verir ki, millimizin bayraqdarı - Teymur Məmmədov 81 kiloqram çəki dərəcəsində ilk görüşünə çıxacaq.

2012-ci il London Olimpiadasının bürünc və I Avropa Oyunlarının qızıl medalçısı olan T.Məmmədov mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Yığmamızın bayraqdarının bu mərhələdə rəqibi ukraynalı Denis Solonenko olacaq. Görüş gecə saat 02:00-da başlayacaq.

Qeyd edək ki, millimiz Rio-de-Janeyroda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.