İDMAN


“Rio-2016”: Ukrayna futbolçuları çempion olublar

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarında futbol turnirinin qalibi (7x7) müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Ukrayna yığması Paralimpiadada çempion olmağı bacarıb. Ukraynalılar finalda İran millisini məğlub ediblər - 2:1.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtın ilk hissəsində Ukrayna qələbə qolunu vura bilib. Bununla da Ukrayna Paralimpiya oyunlarının üçqat qalibi olub. Bu da rekord göstərici sayılır. Ukrayna Paralimpiya Oyunlarında iki dəfə də gümüş medal qazanıb.

“Rio-2016”nın bürünc medal sahibi isə Braziliya yığması olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.