İDMAN


“Rio-2016”: Uşanqi Kokauri ikinci görüşündə məğlub olub [YENİLƏNİB]

A+ A

Onaltıdabir finalda latviyalı rəqibini ipponla üstələyən yığmamızın ən ağır çəkili cüdoçusu Uşanqi Kokauri səkkizdəbir finalda yaponiyalı idmançı Hisoyoşi Harasavaya məğlub olub.

17:25

Bakı, 12 avqust, AZƏRTAC 

“Rio-2016” Yay Olimpiya Oyunlarında keçirilən cüdo yarışlarının sonuncu günü də Azərbaycan yığması üçün uğurlu olub.

AZƏRTAC xəbər verir ki, kişi atletlərin mübarizəsində 100 kiloqramdan yuxarı çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz Uşanqi Kokauri ilk görüşünü qalibiyyətlə başa vurub. Təmsilçimiz onaltıdabir finalda latviyalı Arturs Nikiforenkonu məğlub edib.

Yığmamızın ən ağır çəkili cüdoçusu səkkizdəbir finalda yaponiyalı idmançı Hisoyoşi Harasavaya rəqib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.