İDMAN


“Rio-2016”: Üzgüçümüz Dmitri Saley finala yüksəlib

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Azərbaycan idmançıları da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində məsafəni 53,82 saniyəyə qət edən Dmitri Saley ümumi sıralamada 6-cı olub və finala yüksəlib.

Digər üzgüçümüz Roman Saley həlledici mərhələyə vəsiqə qazana bilməyib. Təsnifat mərhələsində məsafəni 54,32 saniyəyə qət edən üzgüçümüz doqquzuncu olub.

Qeyd edək ki, təsnifat mərhələsində ilk səkkiz yerdə qərarlaşan üzgüçülər finala yüksəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.