İDMAN


“Rio-2016” Yay Olimpiya Oyunları öncəsi güləşçilərin yeni reytinq siyahısı açıqlanıb VİDEO

A+ A

Bakı, 3 avqust, AZƏRTAC 

Dünya Güləş Birliyi “Rio-2016” Yay Olimpiya Oyunları öncəsi güləşçilərin yeni reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilərdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında birinciliyini qoruyub.

İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov üçüncü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov beşinci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov səkkizinci sırada qərarlaşıblar.

Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko altıncı, Nataliya Sinişin səkkizinci, Yuliya Ratkeviç doqquzuncu yerdədir.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov ikinci, Rafiq Hüseynov dördüncü və Saman Təhmasibi beşinci sırada qərarlaşıblar.

Qeyd edək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları avqustun 14-21-də baş tutacaq. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.