İDMAN


“Rio-2016” Yay Olimpiya Oyunlarının altıncı günündə daha 19 dəst medal sahibini tapacaq

A+ A

Bakı, 11 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də idmançılar 19 dəst medal uğrunda yarışacaqlar.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 10, qadınların mübarizəsində isə 9 dəst medal sahibini tapacaq.

Kişilərin mübarizəsində velosiped idmanı (trek), akademik avarçəkmə (2 və 4 nəfərlik qayıqla), avarçəkmə (slalom), cüdo (100 kq), reqbi-7, stolüstü tennis, 200 metr məsafəyə belüstü və kompleks üsulla estafet üzgüçülüyü, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə kamandan oxatma, idman gimnastikası (fərdi çoxnövçülük), avarçəkmə (slalom), qılıncoynatma (rapira), velosiped idmanı (trek), cüdo (78 kq), akademik avarçəkmə (2 nəfərlik qayıqla), 50 metr məsafəyə tapançadan atəşaçma və 200 metr məsafəyə brass üsulla estafet üzgüçülüyü üzrə yarışlarda medallar sahibini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.