İDMAN


“Rio-2016” Yay Olimpiya Oyunlarının ilk günündə 7 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq

A+ A

Bakı, 6 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ilk günündə 5 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq velosipedçimiz Maksim Averin yarışacaq. Bakı vaxtı ilə saat 16:30-da start götürəcək yarışda idmançımız velosipedin şose növündə qüvvəsini sınayacaq. “Fort Copacabana”da təşkil olunacaq yarışda 144 velosipedçi medallar uğrunda mübarizə aparacaq.

Mötəbər turnirin ilk günündə cüdo yarışlarına da start veriləcək. Yarışda 48 kiloqram çəki dərəcəsində qadınlar, 60 kiloqramda isə kişi cüdoçular tatami üzərinə çıxacaqlar. “Corioca Arena-2”də təşkil olunan yarışda ölkəmizi təmsil edən Orxan Səfərov 1/32 final mərhələsində Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gələcək. Görüş saat 17:28-də başlayacaq.

Avarçəkənlərimiz də mübarizəyə qoşulacaqlar. İki min metr məsafəyə ikinəfərlik qayıqla Aleksandr Aleksandrov-Boris Yotov ilk yürüşdə Kuba, Yeni Zelandiya, Böyük Britaniya və İtaliyadan olan rəqiblərinə qarşı yarışacaqlar. Yürüş saat 18:50-də başlayacaq.

On metr məsafəyə tapançadan atəşaçma yarışları Olimpiya Atıcılıq Mərkəzində təşkil olunacaq. Kişilərin fərdi yarışında Ruslan Lunyov saat 20:00-dan sonra mübarizəyə qoşulacaq. Bu mərhələdə 54 atıcı növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

Saat 21:30-da idman gimnastikası yarışlarının günorta proqramına start veriləcək. Kişilərin fərdi yarışlarında ölkəmizi Oleq Stepko və Petro Paxnyuk təmsil edəcəklər. Rio Olimpic Arenada təşkil olunacaq bu mərhələdə Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Norveç, Yeni Zelandiya və Almaniyadan 31 atlet növbəti mərhələyə vəsiqə uğrunda yarışacaqlar.

Milli komandamız boksçu Rüfət Hüseynovun çıxışı ilə günü başa vuracaq. “Riocentro-Pavilion-6”da keçiriləcək yarışda boksçumuzun ilk rəqibi Namibiya idmançısı Tulyungeleni Matias Hamunyela olacaq. Görüş saat 00:15-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.