İDMAN


“Rio-2016” Yay Olimpiya Oyunlarının üçüncü günündə daha 15 dəst medal sahibini tapacaq

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə idmançılar 15 dəst medal uğrunda yarışacaqlar.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 6, qadınların mübarizəsində isə 7 dəst medal sahibini tapacaq.

Kişilərin mübarizəsində kanoe, cüdo (81 kq), qılıncoynatma (şpaqa), ağır atletika (69 kq), 200 metr məsafəyə batterflay və sərbəst üsulla estafet üzgüçülüyü üzrə yarışlarda qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə suya tullanma (10 metr hündürlükdən sinxron tullanma), 25 metr məsafəyə tapançadan atəşaçma, cüdo (63 kq), ağır atletika (63 kq), idman gimnastikası (komanda çoxnövçülüyü), 200 metr məsafəyə sərbəst və kompleks üzgüçülük yarışlarında medallar sahibini tapacaq.

Həmçinin bu gün atçılığın konkur növü üzrə komanda çoxnövçülüyü və fərdi yarışlarda qaliblər bilinəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.