İDMAN


“Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 3 Azərbaycan idmançısı mübarizə aparacaq

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının səkkizinci günündə - sentyabrın 15-də 3 Azərbaycan idmançısı mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, 400 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində atletimiz Yelena Çebanu ikinci qrupda mübarizə aparacaq. Onun rəqibləri venesuelalı Greiliz Villaroel və kubalı Omara Durand olacaq.

Digər atletimiz Elmir Cəbrayılov isə 100 metr məsafəyə qaçış yarışlarının finalında gücünü sınayacaq. Atletimiz Kuba təmsilçisi Leinier Savon Pineda, Cənubi Afrika Respublikasından olan Ndodomzi Conatan Ntutu və almaniyalı Tomas Ulbrixtə qarşı yarışacaq.

Kamandan oxatma yarışlarında Zinyət Vəliyeva onaltıdabir final mərhələsində iranlı Zəhra Neməti ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.