İDMAN


“Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC 

Braziliyada keçirilən XV Yay Paralimpiya Oyunlarının doqquzuncu günündə - sentyabrın 16-da 4 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq Dmitri və Roman Saley qardaşları 100 metr məsafəyə sərbəst növ üzrə üzgüçülük yarışlarında qüvvəsini sınayacaqlar. Üzgüçülərimizin iştirak edəcəyi təsnifat mərhələsində müxtəlif ölkələrdən iyirmi atlet mübarizə aparacaq. Mərhələnin səkkiz ən güclüsü finala vəsiqə qazanacaq. Yarış Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Atletika yarışlarında iki idmançımız mükafat uğrunda yarışacaq. Elmir Cəbrayılov 100 metr məsafəyə qaçış yarışlarında kubalı Leinier Savon Pineda, ev sahibi idmançısı Diogo Ualisson Jeronimo da Silva və Özbəkistan təmsilçisi Faxriddin Xamraev ilə birgə birinci qrupda yer alıb. Hər dörd qrupun birincisi yarımfinal mərhələsinə adını yazdıracaq.

Nüvəitələmə yarışlarında isə ölkəmizi Rüfət Rəfiyev təmsil edəcək. Final mərhələsinə gedən yolda onunla birgə yeddi paralimpiyaçı medallar uğrunda mübarizə aparacaq. R.Rəfiyev gecə saat 00:45-də, E.Cəbrayılov isə 01:39-da yarışa qoşulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.