İDMAN


“Rio-2016” Yay Paralimpiya Oyunlarının üçüncü günündə 9 Azərbaycan atleti mübarizəyə qoşulacaq

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarının üçüncü günündə - sentyabrın 10-da Azərbaycanın daha 9 idmançısı mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, paralimpiyaçılar cüdo, atletika, üzgüçülük və kamandan oxatma yarışlarında qüvvələrini sınayacaqlar.

Əvvəlcə kamandan oxatmada Zinyət Vəliyeva hədəfi dəqiq nişan almağa çalışacaq. Yarışlar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Atletlərdən Oloxan Musayev diskatma yarışında çıxış edəcək. Həlledici yarışda medal qazanan paralimpiyaçılar müəyyənləşəcək. Final saat 17:00-da start götürəcək.

Kişilərin 100 metr məsafəyə qaçışında Elçin Muradov medallar uğrunda mübarizəyə qoşulacaq. Azərbaycanlı paralimpiyaçı uğurlu çıxış edəcəyi halda sentyabrın 11-də baş tutacaq yarımfinalda iştirak hüququ qazanacaq. Saat 17:26-dan etibarən E.Muradovun yer aldığı üçüncü qrupun yarışları başlayacaq.

Cüdoçulardan 100 kiloqram çəkidə Kənan Abdulxanlı səkkizdəbir finalda ukraynalı Oleksandr Pominovu məğlub etməyə çalışacaq. Qalib gələn paralimpiyaçı dörddəbir finalda koreyalı Çoi Qvanqqeu ilə üz-üzə gələcək. Azərbaycanın Paralimpiadakı bayraqdarı İlham Zəkiyev də bu gün tatami üzərinə çıxacaq. İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev ağır çəkidə (100 kq-dan yuxarı) dörddəbir finaldan mübarizəyə qoşulacaq. Bayraqdar Adilcan Tuledibayev (Özbəkistan) - Benjamin Qudriç (ABŞ) duelinin qalibi ilə qarşılaşacaq. Cüdo yarışları saat 17:00-da başlayacaq.

Roman və Dmitri Saley qardaşları 200 metr məsafəyə kompleks üsulla üzgüçülük yarışlarında çıxış edəcəklər. Bu yarışa 17:47-də start veriləcək.

Digər paralimpiyaçılarımız Oleq Panyutin və Kamil Əliyev isə saat 17:47-də başlayacaq uzunluğa tullanma yarışlarında mübarizəyə qoşulacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.