İDMAN


“Rio-2016” Yay Paralimpiya Oyunlarının yeddinci günündə 6 Azərbaycan idmançısı mübarizə aparacaq

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının yeddinci günündə - sentyabrın 14-də 6 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq pauerliftinq yarışlarında Azərbaycan idmançısı Elşən Hüseynov 107 kiloqram çəki dərəcəsində gücünü sınayacaq.

Dmitri və Roman Saley qardaşları 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında iştirak edəcəklər. Üzgüçülərimiz təsnifat mərhələsində qazaxıstanlı Anuar Axmetov, ukraynalı Sergey Klippert, italiyalı Fabrizio Sottile və Kolumbiya təmsilçisi Dieqo Fernando Kesta Martinezə qarşı yarışacaqlar.

Atletika yarışlarında iki idmançımız gücünü sınayacaq. Elmir Cəbrayılov 100 metr məsafəyə qaçış yarışlarında kubalı Leinier Savon Pineda və İsveçrə təmsilçisi Tobias Cansson ilə birgə birinci qrupda yer alıb. Uzunluğa tullanma yarışlarında ölkəmizi Hüseyn Həsənov təmsil edəcək. Final mərhələsində 16 paralimpiyaçı medallar uğrunda mübarizə aparacaq.

Əlli metr məsafəyə qarışıq növdə atəşaçma yarışlarında idmançımız Yelena Taranova gücünü sınayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.