İDMAN


“Rio-2016”da dünya rekordu yenilənib

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

XXXI Yay Olimpiya Oyunlarının birinci günündə - rəsmi açılış mərasimindən əvvəl keçirilən kamandan oxatma yarışında Koreya Respublikasının təmsilçisi Kim Vucin dünya rekordu müəyyən edib.

AZƏRTAC xəbər verir ki, K.Vucin bu rekorda kişilər arasında fərdi yarışda 72 cəhddə 700 xal toplayaraq nail olub. İdmançı bu uğuru ilə bağlı danışarkən deyib: “Mən yarışda uğur qazanmaq üçün əlimdən gələni etdim və hamıdan daha yaxşı nəticə göstərə bildim”.

K.Vucinədək dünya rekordu onun həmyerlisi, ikiqat Olimpiya çempionu Lim Don Xenə məxsus idi. O, dörd il əvvəl – “London-2012” 699 xalla dünya rekordunu yeniləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.