İDMAN


“Rio-2016”da futbol həyəcanı: Olimpiya qızılı Braziliyaya qismət oldu

A+ A

Bakı, 21 avqust, AZƏRTAC

“Rio-2016” Olimpiya Oyunlarında futbol yarışlarının finalında Braziliya və Almaniya komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, matçda hesabı Braziliya yığmasının oyunçusu Neymar açıb. Görüşün 59-cu dəqiqəsində Mask Meyer Almaniya millisinin cavab qolunu vurub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə olunmuş 30 dəqiqədə də qapılara qol vurulmayıb. Qalib penalti seriyası ilə müəyyən olunub. Braziliyalılar zərbələri daha dəqiq yerinə yetiriblər – 5:4. Beləliklə, Olimpiya qızılı ev sahiblərinə qismət olub.

Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Honduras komandasını 3:2 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.