İDMAN


“Rio-2016”dan qayıdan Azərbaycan idmançıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər VİDEO

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından Vətənə qayıdan Azərbaycan millisinin üzvləri avqustun 23-də ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, idmançılarımız maşın karvanı ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsinə daim böyük qayğı göstərmiş Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, “Rio-2016” Olimpiya Oyunlarında Azərbaycan atletləri 18 medal qazanıblar. Azərbaycanın Olimpiya millisi medal sayı baxımından dünyada 207 ölkə arasında 15-ci, medalın keyfiyyəti baxımından isə 39-cu yerdə qərarlaşıb. Bu nailiyyətlə ölkəmiz Avropa dövlətləri arasında yeddinci, İslam dövlətləri arasında birinci, postsovet məkanında isə ikinci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.