İDMAN


“Rio-2016”nın 15-ci günündə Azərbaycanın dörd atletı 3 idman növündə mükafatlar uğrunda yarışacaq

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də “Rio-2016” Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın dörd təmsilçisi 3 idman növü üzrə medallar uğrunda mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, əvvəlcə saat 17:24-də sərbəst güləş üzrə Olimpiya çempionumuz Şərif Şərifov 86 kiloqram çəki dərəcəsində səkkizdəbir final görüşündə çinli Şenqfenq Bi ilə üz-üzə gələcək. Saat 17:48-də dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) səkkizdəbir finalda ABŞ idmançısı Tervel Dlaqnevlə qarşılaşacaq.

Bu gün Azərbaycan taekvondoçusu, dünya və qitə çempionu, “Bakı-2015”in qalibi Radik İsayev (80 kiloqramdan yuxarı) isə səkkizdəbir finalda qazaxıstanlı Ruslan Japarovu sınağa çəkəcək. Bu döyüş saat 19:45-də start götürəcək.

Saat 22:20-də Azərbaycan təmsilçisi, bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə final yarışlarında iştirak edəcək. Gimnastımızın da finalçılar sırasında yer aldığı yarışlarda top, gürz, lent və halqa ilə hərəkətlərin yekununda qalib və mükafatçılar müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.