İDMAN
“Rio-2016”nın açılış mərasimində braziliyalı bəstəkar Gilberto Gilin musiqilərindən istifadə olunacaq
Bakı, 5 avqust, AZƏRTAC
Braziliyanın məşhur müğənnisi Gilberto Gil “Rio-2016” Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.
AZƏRTAC “Rio-2016”nın rəsmi saytına istinadla xəbər verir ki, gitara ifaçısı olan G.Gil bir sıra məşhur mahnıların sözlərinin müəllifidir. Onun bəstələdiyi mahnı “Rio-2016”nın açılış videosunda səslənəcək. Maraqlı tarixçəsi olan mahnını müğənni 1969-cu ildə bəstələyib. Mübarizə ruhunda yazılan mahnıda həmin dövrdə Braziliyadakı hərbi diktatura rejimi tənqid olunur.
Sonradan siyasətlə də məşğul olan G.Gil 2003-2008-ci illərdə Braziliyanın mədəniyyət naziri vəzifəsində çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]