İDMAN


“Rio-2016”nın açılış mərasiminin ssenarisinin bəzi məqamları məlum olub

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

XXXI Yay Olimpiya Oyunlarının Rio-de-Janeyronun “Marakana” stadionunda keçiriləcək rəsmi açılış mərasiminin gizli saxlanılan ssenarisinin bəzi təfərrüatları məlum olub.

AZƏRTAC xəbər verir ki, təşkilatçıların ciddi cəhdlərinə baxmayaraq, açılış mərasiminin məşq prosesinin əsas məqamlarının fotoşəkilləri mətbuata sızıb.

Açılış mərasimi avqustun 5-də yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 03:00-da) başlayacaq. Mərasimi dünyada təxminən bir milyard televiziya tamaşaçısı izləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.